Xəzər Xəbər

ATƏT Qarabağdakı vəziyyətdən narahatdır

Gündəm | 14:03 • 7 Dekabr 2017
ATƏT Qarabağdakı vəziyyətdən narahatdır

Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.

XəzərXəbər xəbər verir ki, iclasda çıxış edən ATƏT-in sədri Sebastyan Kurts bildirib ki, bu il qurumun məkanında münaqişələrin nizamlanması məsələsində müsbət irəliləyişlər olub. Onun sözlərinə görə, ATƏT məkanında etimadı bərpa etmək zəruridir.

ATƏT PA-nın prezidenti George Tsereteli isə ATƏT məkanında baş verən bütün münaqişələrdən narahat olduğunu və münaqişələrlə bağlı qətnamələrə riayət olunmasını deyib. O, bildirib ki, Dağlıq Qarabağ münaqişəsi zonasında toqquşmaların artması ciddi narahatlıq yaradır:

"Sülhün əldə olunması və münaqişə tərəfləri arasında etimadın qurulması üzrə tədbirlərin həyata keçirməsi üçün birgə səylər göstərmək lazımdır. Sülh güc yolu ilə deyil, anlaşma yolu ilə əldə edilə bilər”.

Qeyd edək ki, bu gün Avstriyanın paytaxtı Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının toplantısı başlayıb. İclasda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir.

Xəbər lenti

Çox oxunanlar