Xəzər Xəbər

Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

Gündəm | 20:43 • 6 Dekabr 2017
Məmmədyarovun həmsədrlərlə görüşü başlayıb

Avstriyanın paytaxtı Vyanada Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşü keçirilir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələrin aparıldığını bildirib. O qeyd edib ki, rəsmi Bakı substantiv danışıqlar vasitəsilə Minsk qrupunun həmsədrləri ilə birlikdə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini davam etdirəcək.

Xəbər lenti