Xəzər Xəbər

“Mübahisəli yataqlarla bağlı danışıqlar nəticə verməyib” XİN

Gündəm | 17:45 • 6 Dekabr 2017
“Mübahisəli yataqlarla bağlı danışıqlar nəticə verməyib”

"Xəzəryanı ölkələrin dövlət başçılarının 5-ci Zirvə toplantısı Qazaxıstanda baş tutacaq”.

Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Onun sözlərinə görə, görüş 2018-ci ilin birinci yarısında olacaq.

Nazir müavini əlavə edib ki, Xəzərin dibinin bölünməsinə dair Azərbaycan-Qazaxıstan, Azərbaycan-Rusiya və Azərbaycan-Qazaxıstan-Rusiya sənədləri var. "Konvensiyada bu sənədlərin çərçivə prinsipləri öz əksini tapıb. İran və Türkmənistanla razılaşma əldə etmək üçün danışıqlara davam edəcəyik və öz sazişlərimizi hazırlayacağıq. Delimitasiya müzakirə edildikdə neft yataqlarının müzakirəsi məhsuldar deyil.

Mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib, buna görə də hələ bu barədə danışmırıq. Hazırda əsas məqsəd delimitasiyadır. Bu, başa çatdıqdan sonra delimitasiya barədə danışmayacağıq. Əgər xəttin üzərinə düşən yataqlar olarsa, onların istifadəsi üçün beynəlxalq qaydalar tətbiq etmək olar - birgə istifadə və ya digər variantlar. ”, - deyə nazir müavini bildirib.

Xəbər lenti