Xəzər Xəbər

Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın komitə iclasında qəbul edilib

Gündəm | 15:32 • 6 Dekabr 2017
Azərbaycanlı deputatın məruzəsi AŞPA-nın komitə iclasında qəbul edilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin dekabrın 6-da Parisdə keçirilən iclasında Milli Məclisin deputatı Sevinc Fətəliyevanın "Silahlı münaqişələrin qurbanı olan uşaqların müdafiəsi” adlı məruzəsi müzakirə olunaraq qəbul edilib.


AZƏRTAC xəbər verir ki, məruzədə dünyada uşaqların valideyn himayəsindən məhrum olmalarının, zorakılığa məruz qalmalarının, əlil olmalarının yeni fəsadlar yaradacağı və gələcək üçün çox təhlükəli olduğu qeyd edilir. Məruzədə bütün ölkələr mövcud vəziyyətlə bağlı tədbirlər görməyə çağırılır.


Xatırladaq ki, məruzə ilə bağlı təşəbbüs payız sessiyasında irəli sürülmüşdü və komitə üzvləri tərəfindən dəstəklənərək yüksək qiymətləndirilmişdi.

Xəbər lenti