Xəzər Xəbər

Dövlət qulluğunun xüsusi növü olacaq - SİYAHI

Gündəm | 14:38 • 6 Dekabr 2017
Dövlət qulluğunun xüsusi növü olacaq -

Dövlət qulluğunun xüsusi növü müəyyənləşib. Bununla bağlı "Dövlət qulluğu haqqında” qanunun 2-ci maddəsinin (Dövlət qulluğu) 2.3-cü bəndinə dəyişiklik edilir.Dəyişikliyə görə, prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları , həmçinin bu qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür.

Qanun layihəsinə dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dekabrın 7-də keçiriləcək iclasında müzakirə ediləcək. (Modern.az)

Xəbər lenti