Xəzər Xəbər

Yeni şəxsiyyət vəsiqəsi belə olacaq FOTOLAR

Gündəm | 15:44 • 5 Dekabr 2017
Yeni şəxsiyyət vəsiqəsi belə olacaq

"Bakutel 2017”- 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları Sərgi-Konfransında yeni şəxsiyyət vəsiqələri, elektron imza sisteminə inteqrasiya və www.e-id.az saytı təqdim olunub.

Yeni vəsiqələr 2019-cu ildən istifadəyə veriləcək.

Yeni nəsil şəxsiyyət vəsiqlərinin bir çox üstünlükləri olacaq.

Belə ki, bu vəsiqəni əldə edən şəxslərin artıq elektron imza sertifikatı almasına ehtiyac qalmayacaq:

"Elektron daşıyıcısı (çipi) olan yeni nəsil şəxsiyyət vəsiqələrinin əsas özəlliyi odur ki, onlara şəxsiyyət vəsiqəsi sahibinin elektron imzası və identifikasiyası ilə bağlı sertifikatları daxil ediləcək. Nəticədə yeni vəsiqələr şəxsiyyəti identifikasiya etməklə yanaşı, həmçinin, elektron sənədlərin imzalanmasında da istifadə ediləcək. Bununla da vətəndaşlar e-imza sertfikatı almaq məcburiyyətində qalmayacaq”./1news.az

Xəbər lenti