Xəzər Xəbər

Xəzərdə başqa dövlətlərin hərbi iştirakı mümkün deyil

Gündəm | 14:27 • 5 Dekabr 2017
Xəzərdə başqa dövlətlərin hərbi iştirakı mümkün deyil

Xəzəryanı dövlətlər bununla bağlı razılıq əldə ediblər

Xəzər dənizində başqa dövlətlərin hərbi iştirakı mümkün deyil.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, bu barədə beş Xəzəryanı dövlət razılıq əldə edib. Nazir qeyd edib ki, Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın hazırlanması istiqamətində işlər davam edir. Tərəflər arasında konstruktiv müzakirələr aparılır və Konvensiyanın bir çox maddələri razılaşdırılıb. Onun sözlərinə görə, mütəxəssislər 49 görüş keçiriblər və Konvensiyanın hazırlanması üçün tərəflər arasında 12 sənəd imzalanıb.

İranlı nazir deyib ki, Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin Moskva görüşü həm də prezidentlərin Astana görüşü üçün hazırlıq xarakteri daşıyır.

Xəbər lenti