Xəzər Xəbər

Lavrov Xəzərin taleyinə aydınlıq gətirdi

Gündəm | 12:51 • 5 Dekabr 2017
Lavrov Xəzərin taleyinə aydınlıq gətirdi
"Moskvanın qənatincə Xəzər dənizinin hüquqi statusuna dair danışıqlar region ölkələrinin başçılarının sammitinə qədər yekunlaşacaq".

XəzərXəbər "RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

"Biz Xəzərin hüquqi statusuna dair konvensiyanın hazırlanması üzrə ekspertlər səviyyəsində işin neçə inkişaf etdiyini nəzərdən keçirmək istəyirik. Düşünürük ki, Qazaxıstanda keçiriləcək sammit çərçivəsində danışıqlar yekunlaşacaq”, - deyə Lavrov vurğulayıb.

O, qeyd edib ki, tərəflər regionda təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət ayırır.

Xəbər lenti