Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarına heç bir əlavə və dəyişiklik edilməyib.
"Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata görə, Azərbaycan Respublikası Tarif (qiymət)
Şurasının 22 dekabr 2016-cı il tarixli, 19 nömrəli qərarına uyğun olaraq
2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak
olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri
10 qəpiklə, 1700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın
dəyəri isə 20 qəpiklə hesablanır:
"Nəzərinizə çatdırırıq ki,
2017-ci il üçün təyin olunmuş limit dekabr ayının sonunda sıfırlanacaq.
2017-ci ildə olduğu kimi, 2018-ci ilin yanvar ayının 1-dən etibarən
əhali istehlakçılarının illik istehlak həcmi 1700 kubmetr (170 AZN) 10
qəpik tarifi ilə, illik istehlak həcminin 1700 kubmetrdən (170 AZN)
artıq olan hissəsinin hər kubmetri isə 20 qəpik tarifi ilə hesablanacaq.
Həmçinin Smart İTRON məişət qaz sayğaclarından istifadə edən əhali
istehlakçıları üzrə 1700 kub metr limit 01.01.2018-ci il tarixdən
başlayaraq smart karta aparılan ilk odəniş əməliyyatından etibarən
hesablanacaq.
Tarif Şurasının qərarı ilə differensial
(şaxələndirilmiş) tarif mexanizminin tətbiq edilməsi və bunun
nəticəsində məhz əhali üçün daha münasib tarifin tətbiq edilməsini,
aztəminatlı ailələr eləcə də əhalinin əksəriyyəti üçün əvvəlki tarifin
dəyişməzliyini təmin edir. Bununla da, ödənişlərində artım olmayan əhali
abonentlərinin sayı təbii qaz üzrə 75 faiz təşkil edir”.