Xəzər Xəbər

Kursantlar döyüş atışlarını icra etdi FOTOLAR

Gündəm | 18:24 • 4 Dekabr 2017
Kursantlar döyüş atışlarını icra etdi

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (AAHM) tədris planı və proqramına uyğun olaraq kursantlar təlim mərkəzində artilleriya qurğularından döyüş atışları həyata keçiriblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, hazırlığın yekun mərhələsində şəxs heyət xüsusi və döyüş hazırlığı üzrə fənləri öyrənib, eləcə də haubitsa və minaatanlardan döyüş atışları icra edib.



Heyətlərin hazırlığı istənilən iqlim şəraitini modelləşdirən, raket və artilleriya sistemlərinin atəşlərini təqlid edən müasir kompüter trenajorlarında aparılıb.

Xəbər lenti