"Burada ixracyönümlü məhsullar istehsal olunur. Bu da bizim iqtisadiyyatımızın şaxələndirilməsi üçün çox vacibdir. İndiki şəraitdə biz bu məsələyə xüsusi diqqət göstəririk. Kənd təsərrüfatının inkişafı prioritet məsələdir. Mənə verilən məlumata görə, ölkədə 400 hektardan çox sahədə yeni istixana kompleksləri salınır. Burada yetişdiriləcək məhsulların hamısı demək olar ki, xaricə ixrac olunacaq. Çünki, biz özümüzü tərəvəzlə təmin etmişik”.
XəzərXəbər xəbər verir ki, bunu Prezident İlham Əliyev Xəzər rayonunun Zirə qəsəbəsində "BAKU AGROPARK”ın birinci mərhələsi çərçivəsində görülən işlərlə tanış olarkən deyib.