Xəzər Xəbər

Moskvaya yağan qar Bakıdan uçuşlara təsir etməyib

Gündəm | 13:45 • 4 Dekabr 2017
Moskvaya yağan qar Bakıdan uçuşlara təsir etməyib

Rusiyaya yağan güclü qar Bakıdan Moskva istiqamətində uçuşlara təsir etməyib.

Bu barədə AzVision.az-a "Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

AZAL rəsmisi bildirib ki, Moskvaya uçuşlar qrafik üzrə həyata keçirilir və hazırda heç bir problem yoxdur.

Qeyd eədk ki, Moskvada güclü qar yağması və çovğunlu hava şəraiti ilə əlaqədar yüzlərlə aviareys təxirə salınıb.

Xəbər lenti