Xəzər Xəbər

Azərbaycan sülhməramlıların sayını artıracaq

Gündəm | 13:30 • 4 Dekabr 2017
Azərbaycan sülhməramlıların sayını artıracaq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev NATO toplantısındakı çıxışında Əfqanıstanda sülh, təhlükəsizlik və sabitliyə daha da artıq töhfə vermək üçün hərbi qulluqçularımızın sayını artıracağını bildirib.

Bu istiqamətdə Müdafiə Nazirliyi tərəfindən hansı işlərin həyata keçirilməsi ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq nazirliyin mətbuat xidmətindən bildiriblər ki, Əfqanıstanda həyata keçirilən "Qətiyyətli Dəstək” missiyasında iştirak edən Azərbaycan sülhməramlılarının sayının artırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin verdiyi tapşırıq Müdafiə Nazirliyi tərəfindən icra olunmaqdadır.

Bu siyasi qərarın həyata keçirilməsi ilə əlaqədar müvafiq dövlət qurumları, eləcə də NATO komandanlığı ilə əlaqəli şəkildə prosedurlar yerinə yetirilir. Sülhməramlıların sayının artırılması prosesinin gələn ilin ilk rübünədək həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti