Xəzər Xəbər

“Münaqişə hərbi yolla həll oluna bilməz” İran XİN

Gündəm | 11:52 • 1 Dekabr 2017
“Münaqişə hərbi yolla həll oluna bilməz”

"Azərbaycana İstanbul prosesinə ev sahibliyi etdiyi üçün təşəkkür edirəm"

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı deyib.

Əfqanıstanın son illər uğur əldə etdiyini deyən XİN rəhbəri bu ölkənin xarici qüvvələrin, xüsusilə də İŞİD-in təhdidi ilə üzləşdiyini vurğulayıb.

"Bu məsələdə bizim birgə səylərimiz tələb olunur. Problemin həlli ölkələrin birdə səyləri nəticəsində mümkündür. Münaqişə hərbi yolla həll oluna bilməz. İran eyni zamanda Əfqanıstanla narkotiklərin Avropaya daşınmasının qarşısının alınmasında əməkdaşlıq edir. Çalışmalıyıq ki, problemi kökündən həll edək. Əhalimizi bu ölümcül maddələrin qurbanı olmaqdan qoruyaq. Bunun üçün Əfqanıstanın iqtisadi potensialını genişləndirməliyik", - deyə Zərif qeyd edib.

Xəbər lenti