Xəzər Xəbər

Pakistan Bakıda Əfqanıstana dəstək nümayiş etdirdi

Gündəm | 11:50 • 1 Dekabr 2017
Pakistan Bakıda Əfqanıstana dəstək nümayiş etdirdi

Əfqanıstan hökuməti ilə "Taliban" arasında siyasi dialoqun əldə olunması İŞİD-lə mübarizəyə öz töhfəsinə verəcək.

XəzərXəbər xəbər verir ki, bu fikirləri Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, Pakistan terror qruplaşmalarına qarşı mübarizədə Əfqanıstanı dəstəkləyir.

"Pakistan inanır ki, Əfqanıstanla əməkdaşlığı inkişaf etdirərək iki ölkə arasında olan problemləri aradan qaldıracaq. Əfqanıstan və Pakistan arasında 2600 km sərhəd mövcuddur. Sərhədlərin qorunmasına 2000-dən çox hərbçi cəlb olunub. 900-dən çox nəzarət keçid məntəqəsi var. Biz düşünürük ki, ölkə sərhdəçiləri arasında mübadilə bu sərhədin daha da qorunmasına şərait yaradacaq. Bu toplantının məhsuldar olacağını düşünürəm və Bakı bəyannaməsi Əfqanıstanda sülh, sabitlik və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verəcək".

Xəbər lenti