Xəzər Xəbər

Məmmədyarov: "Biz sülh və sabitliyə xüsusi önəm veririk"

Gündəm | 11:44 • 1 Dekabr 2017
Məmmədyarov:

"Azəbaycan bütün sahələrdə Əfqanıstanı dəstəkləyir"

Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bu gün bizim sülhməramlılarımız Əfqanıstanda xidmət aparır: "Azərbaycan tranzit dəhliz rolunu oynayır, Əfqanıstanla sıx əlaqələr var. Bakı Tbilisi Qars layihəsinin həyata keçirilməsi müxtəlif qitələrin yaxınlaşmasına xidmət edir. Ermənistanın təcavüzü və ərazilərimizin işğalı nəticəsində münaqişədən əziyyət çəkən bir ölkə kimi biz sülh və sabitliyə xüsusi önəm veririk. Bu anlamda beynəlxalq hüquq və normaları dəstəkləyirik".

Xəbər lenti