Xəzər Xəbər

Əfqanıstan prezidenti: "Azərbaycanın qərarını alqışlayırıq"

Gündəm | 10:19 • 1 Dekabr 2017
Əfqanıstan prezidenti:

"Biz son üç il ərzində terrorla mübarizədə böyük nailiyyətlər əldə etmişik. Hazırda narkotik satan terror təşkilatlaraına qarşı hücuma keçmişik"

XəzərXəbər xəbər verir ki, bunu Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani konfransda "Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində "Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda Bakıda keçirilən VII nazirlər konfransında çıxışı zamanı bildirib.

"Əfqanıstanda hər 5 antiterror əməliyyatlarından 4-nü Əfqanıstan Silahlı Qüvvələri NATO və ABŞ hərbçilərinin dəstəyi olmadan həyata keçirir. Əfqanıstan Silahlı Qüvvələri isənilən hərbi əməliyyatlaı keçirmək iqtidarındadır. Biz Əfqanıstan Silahlı Qüvvələrini gücləndirilməsi istiqamətində səylərimizi davam etdiririk və bu istiqamətdə Azərbaycan prezidenti İlham Əliyevin dəstəyini hiss edirik. Biz Azəbaycan hərbçilərinin Əfqanıstandan xidmət aparmasından məmnunuq və bu yaxınlarda Azərbaycan tərəfinin Əfqanıstanda sülhməramlı kontingentinin sayının artırılması ilə bağlı qərarını alqışlayırıq".

Xəbər lenti