"Yazı işini yoxlayan
insan olduqda bizim valideynlər müəllimə yol tapmaq üçün hər bir üsula
əl atırlar. Biz isə qiymətləndirməni elə tətbiq edirik ki, insan faktoru
buna təsir etməsin”.
Bunu Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının sədri Məleykə
Abbaszadə deyib. Onun sözlərinə görə, imtahanlardakı yazı işlərinin
yoxlanılması prosesinə insan faktoru iki formada təsir göstərə bilər:
"Birincisi,
insan şüurlu şəkildə hansısa uşağa üstünlük verər. İkinci təsir odur
ki, müəllim özü ədalətli olsa da, onun bilik və bacarığı düzgün
qiymətləndirməyə imkan verməyə bilər. İki il müəllimlər yazı işlərinin
yoxlanılması işinə cəlb olunanda belə təhlükə var idi. Buna görə də biz
yazı işinin yoxlanılması zamanı müəllimə bu prosesə təsir göstərmək
imkanı verməyən xüsusi proqram təminatı tətbiq etdik. Bu sistemlə də
müəllim bilmir ki, kimin işini yoxlayır”.
M.Abbaszadə qeyd edib ki, imtahanlarda nəzərdə tutulan yeni növ tapşırıqlar kompüterlə yoxlanıla bilər.
DŞ
sədri əlavə edib ki, ənənəvi testlərin yoxlanılmasında heç bir insan
amili iştirak etmir: "Biz 2 günə 30-50 min uşağın "Cavab kartlarını”
oxuyaraq nəticələri internetlə elan edirik. İndi yeni növ tədris
proqramlarında nəzərdə tutulan tapşırıqlar kompüterlə yoxlanıla bilər.
"Süni intellekt” yarandıqdan və geniş tətbiq olunduqdan sonra bu, mümkün
olacaq. Amma bu sistem ilk olaraq, ingilis dili üzrə, daha sonra digər
dillərdə tətbiq edilə biləcək. Bu isə bizdən asılı olmayan prosesdir".
(Trend)