Xəzər Xəbər

DİM sədri: Müəllimlər kurikulumdan istifadəni bacarmırlar

Gündəm | 14:55 • 30 Noyabr 2017
DİM sədri:

Məleykə Abbaszadə:"İki ildən sonra şagirdlər müsabiqədə yeni qaydalarla iştirak edəcəklər"

"Müəllimlər 2012-ci ildən başlayaraq yalnız ənənəvi testlərdən istifadə ediblər”.

XəzərXəbər-in "Report”a istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O vurğulayıb ki, halbuki müəllimlər müasir standartlara uyğun olaraq yeni alətlərdən istfadə etməli idilər: "20 il ərzində müəllimlərə ənənəvi test tapşırıqlarını necə tətbiq etməyi öyrətmişik və onlar bunu mənimsəyiblər. Lakin müəllimlər kurikulum sistemindən, yeni alətlərdən necə istifadə etməyi bacarmırlar, onlar bunu necə edəcəklərini bilmirlər. Ona görə də şagirdləri qınamaq lazım deyil”.

DİM sədri bildirib ki, ali məktəbdə tədris proqramları əvvəlcədən müasirləşdirilərək müəllimlərə verilməlidir.

M.Abbaszadə qeyd edib ki, kurikulumun tədbiqində bir sıra rayonlarda fərqlər nəzərə çarpır: "İki ildən sonra şagirdlər yeni qaydalar əsasında təşkil olunacaq müsabiqədə iştirak edəcəklər. Ölkə üzrə bu sahədə olan orta nəticələr arasında ciddi fərqlər var”.

Xəbər lenti