"Bakıda nazirlərlə
keçirilən görüşdə xüsusilə müdafiə sektorunda əməkdaşlıq məsələlərini
müzakirə etdik. Təəssüflər olsun ki, ölkələrimiz arasında ticarət
dövriyyəsi o qədər də yüksək səviyyədə deyil”
XəzərXəbər xəbər verir ki, bunu Pakistanın xarici işlər naziri Havaca Məhəmməd
Asif Bakıda nazirlərin görüşündən sonra keçirilən mətbuat konfransında
deyib.
Pakistanlı nazir Qarabağ məsələsində Azərbaycanla mövqelərinin eyni olduğunu vurğulayıb.
"Təəssüflər olsun ki, İslamabad və Bakı
arasında birbaşa təyyarə reysi yoxdur. Bu da iki ölkə arasında
münasibətlərin inkişafına mane olur. Ümid edirəm ki, yaxın vaxtlarda
məsələ öz həllini tapacaq. Mənə verilən məlumata görə, son illər
Pakistandan Azərbaycana gələn turistlərin sayında artım var. Paytaxtlar
arasında birbaşa reys olduqdan sonra bu rəqəmlərin artacağına ümid
edirik.
Qarabağ,
Kəşmir, Şimali Kipr problemləri üzrə hər üç ölkənin mövqeyi eynidir və
biz bu münaqişələrin hər bir ölkənin maraqları çərçivəsində həllinin
tərəfdarıyıq. Azərbaycan, Türkiyə və Pakistan beynəlxalq təşkilatlarda
daima bir-birini dəstəkləyir və tərəflər arasında heç bir fikir ayrılığı
yoxdur”, - deyə Pakistanımn XİN rəhbəri vurğulayıb.