Xəzər Xəbər

Azərbaycan Pakistanı BTQ-yə qoşulmağa dəvət etdi

Gündəm | 12:46 • 30 Noyabr 2017
Azərbaycan Pakistanı BTQ-yə qoşulmağa dəvət etdi

"Siyasi baxımdan ölkələrimiz eyni mövqedədir. İqtisadi və ticari əlaqələrin inkişafının vacibliyini müzakirə etdik”.

Bunu Bakıda Azərbaycan, Türkiyə və Pakistan xarici işlər nazirlərinin birinci üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.

Nazir bildirib ki, görüşdə ikitərəfli və üçtərəfli əsasda hava nəqliyyatının bərpasının vacibliyini qeyd olunub:"Avropa İttifaqı Pakistanın əsas ticarət tərəfdaşı olduğundan biz Pakistana təklif etdik ki, Azərbaycan və Türkiyənin bu sahədəki imkanlarından yararlansın. Xüsusilə Bakı-Tbilisi-Qarsı dəmir yolu xəttini nəzərdə tuturam.

Biz həmçinin iki tərəfli, həmçinin üçtərəfli hava əlaqələrinin bərpasını da müzakirə etdik. Çünki ölkələr arasında turizm sektorunun inkişaf etdirilməsi üçün olduqca önəmlidir. Biz həmçinin növbəti görüşün gələn il Pakistanda keçirilməsinə dair razılığa gəlik. Azərbaycan tərəfi bu görüşün keçirilməsindən razıdır və bu görüş əməkdaşlığımız üçün yeni üfüqlər açır”.

Xəbər lenti