Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə müsabiqələr keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, yarışlar çərçivəsində nazirliyin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi tərfindən "Qaraheybət” Təlim Mərkəzində "Ən yaxşı motoatıcı tabor komandiri” adı uğrunda müsabiqə təşkil olunub.