Xəzər Xəbər

Azərbaycan və Gürcüstan XİN arasında siyasi məsləhətləşmələr aparılıb

Gündəm | 17:00 • 24 Noyabr 2017
Azərbaycan və Gürcüstan XİN arasında siyasi məsləhətləşmələr aparılıb

Gürcüstanda səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin II Avropa İdarəsinin rəisi İlqar Muxtarov noyabrın 24-də bu ölkənin Xarici İşlər Nazirinin birinci müavini David Zalkaliani ilə görüşüb.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında siyasi məsləhətləşmələr çərçivəsində ikitərəfli siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional təşkilatlarda əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı, həmçinin bu cür görüşlərin davamlı olması, qarşılıqlı səfərlərin təşkili, intensivləşdirilməsi, ticarət dövriyyəsinin artırılması barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti