Xəzər Xəbər

265 azərbaycanlı qadın itkindir, 98-i erməni girovluğundadır - "Onların taleyi bizi çox narahat edir”

Gündəm | 15:32 • 24 Noyabr 2017
265 azərbaycanlı qadın itkindir, 98-i erməni girovluğundadır -

"Ermənistan -Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müddətində 1440 nəfər əsir və girovluqdan azad edilib ki, onların 278 nəfəri qadındır”.


Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (AQUPDK) Hicran Hüseynova "Heç kim kənarda qalmasın: Qadınlara və qızlara qarşı zorakılığa son” adlı konfransda deyib.

H. Hüseynova qeyd edib ki, münaqişə nəticəsində 265 qadın itkin düşüb, 98 qadın isə hələ girov kimi qeydiyyatdadır: "Onların taleyi bizi çox narahat edir”.

Xəbər lenti