"Avropa İttifaqı üçün aydındır ki, Rusiya "Şərq tərəfdaşlığı” ölkələri ilə münasibətlərdə əsas rol oynayır”.
XəzərXəbər APA-ya istinadən xəbər verir ki, bunu "Şərq tərəfdaşlığı” sammitinin açılışında Almaniya kansleri Angela Merkel bəyan edib.
Merkel "Şərq tərəfdaşlığı” əhəmiyyətinə toxunaraq bildirib ki, əsas
məqamlardan biri insanların həyat səviyyəsinin yüksəldilməsi və
demokratiyanın inkişafıdır, digəri isə təhlükəsizlik məsələsidir:
"Bu üzdən də Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzaladığımız üçün çox sevinirəm. İndi isə Ermənistan
və Azərbaycanla tərəfdaşlıq haqqında saziş imzalayacağıq. Doğrudur, bu,
Assosiasiya sazişi kimi intensiv olmayacaq, lakin biz onlarla
əməkdaşlıq edəcəyik. Aydındır ki, bu ölkələrin Rusiya ilə münasibətləri
əsas rol oynayır. Bu səbəbdən də ümidvaram ki, bugünkü dialoq zamanı bu
ölkələrdə daxili siyasi durumun hansı vəziyyətdə olduğunu anlayacağıq”.