Xəzər Xəbər

Azərbaycan və Türkiyə HHQ arasında qərargah danışıqları keçirilib

Gündəm | 13:49 • 24 Noyabr 2017
Azərbaycan və Türkiyə HHQ arasında qərargah danışıqları keçirilib

Azərbaycan Respublikasının Hərbi Hava Qüvvələri və Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında Bakı şəhərində qərargah danışıqları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, mütəxəssislərin iştirakı ilə keçirilən görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, birgə planların dəqiqləşdirilməsi və digər istiqamətlərdə fikir mübadiləsi aparılıb.

Qonaqlar, həmçinin HHQ-nin hərbi hissələrini ziyarət ediblər.

Xəbər lenti