Xəzər Xəbər

Narkomanlar üçün tibb müəssisəsi yaradılacaq Azərbaycanda

Gündəm | 13:45 • 24 Noyabr 2017
Narkomanlar üçün tibb müəssisəsi yaradılacaq

Azərbaycanda narkomaniya ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçirildiyi tibb müəssisəsi yaradılacaq.

"Report”un xəbərinə görə, yeni tibb müəssisəsi qapalı rejimdə fəaliyyət göstərəcək.

Tibb müəssisəsi yaradıldıqdan sonra Cinayət-Prosessual Məcəlləsinin yeni - "Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat” adlı fəsil qüvvəyə minəcək.

Layihə yaxın müddətdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Xəbər lenti