SOCAR-da Azərbaycanın mərhum energetika Natiq Əliyevin xatirəsi anılıb.
Əvvəlcə SOCAR-ın, Energetika Nazirliyinin
və müxtəlif dövlət qurumlarının rəhbərliyi II Fəxri xiyabana gələrək
ictimai-siyasi xadim, mərhum energetika naziri, "Şöhrət" ordenli,
Əməkdar Mühəndis Natiq Əliyevin məzarı önünə əklil və güllər qoyaraq
onun xatirəsini dərin ehtiramla yad edib.
Anım tədbirində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün mərhum energetika naziri Natiq Əliyevin 70 illik yubileyidir. SOCAR-ın
prezidenti Natiq Əliyevin Azərbaycanın neft-qaz strategiyasının uğurla
həyata keçirilməsinin fəal iştirakçılarından biri olduğunu deyib.
Qeyd edib ki, Natiq Əliyevin adı Azərbaycan nefti, "Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan ixrac neft, Bakı-Tbilisi-Ərzurum
qaz kəmərləri, məşhur "Şahdəniz” layihəsi ilə qırılmaz surətdə
bağlıdır: "O bilikli neft mütəxəssisi idi, neft işinin bacarıqlı
təşkilatçısı, Azərbaycanın neft-qaz strategiyasının əsas simalarından
biri kimi tanınmışdı".
Sonra
tədbir iştirakçıları "CBC" kanalında mərhum energerika naziri Natiq
Əliyevə həsr edilən sənədli filmi canlı izləyiblər. Xatırladaq ki, Natiq
Əliyev bu il iyunun 9-da, ömrünün 69 ilində həyatdan köçüb.