Xəzər Xəbər

“Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur” – NATO-nun baş katibi

Gündəm | 13:14 • 23 Noyabr 2017
“Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur”

Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması narahatlıq doğurur. Azvision.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

NATO baş katibi vurğulayıb ki, münaqişə yalnız sülh yolu ilə həll oluna bilər: "NATO birbaşa olaraq bu prosesdə iştirak etmir. Biz bununla bağlı ATƏT-in Minsk qrupunun səylərini dəstələyirik. Biz prezidentlərin dialoqu bərpa etməsinə görə ilhamlanmışıq və gərginlikdən yayınmaq üçün atılan addımları alqışlayırıq”.

Xəbər lenti