Xəzər Xəbər

Prezident NATO-da Qarabağ problemini qaldırdı

Gündəm | 13:12 • 23 Noyabr 2017
Prezident NATO-da Qarabağ problemini qaldırdı

"Bizim region üçün ən böyük təhlükə Dağlıq Qarabağ münaqişəsidir. Ərazilərimiz Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Bir milyona yaxın qaçqınımız var"

XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Prezident diqqətə çatdırıb ki, Ermənistan tərəfi azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirib.

"Səsləndirdikləri bəyanatlara baxmayaraq, Ermənistan münaqişə bölgəsində status-kvonu saxlamaq niyyətindədir. Lakin hazırki durumda status-kvo qəbuledilməzdir. Ermənistan 25 ildən çoxdur ki, Azərbaycanın işğal olunan torpaqlarının qeyrs-şərtsiz azad olunması barədə BMT TŞ-ın qətnamələrinə əməl etmir. Münaqişə BMT-nin qətnamələri və Azərbaycanın ərazi bötüvlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu, mənim NATO-nun Baş Qərargahına 6-cı səfərimdir və bu bizim əlaqələrimizin necə yüksək səviyyədə olmasının göstəricisidir. Azərbaycan NATO-ilə əlaqələrin inkişaf etdirilməsində maraqlıdıır".

Xəbər lenti