Xəzər Xəbər

Bu tarixdə büdcə layihəsi səsverməyə çıxarılacaq

Gündəm | 12:57 • 23 Noyabr 2017
Bu tarixdə büdcə layihəsi səsverməyə çıxarılacaq

Gələn ilin büdcə zərfi ilə bağlı parlamentdə səslənən təklifləri dəyərləndirmək üçün hökumətə 8 gün vaxt verilib.

Spiker Oqtay Əsədov deyib ki, hökumət dekabrın 1-nə kimi qaldırılan məsələlərə baxa bilər və dekabrın 1-də büdcə layihəsi səsverməyə çıxarılacaq.

Maliyyə naziri Samir Şərifov deyib ki, millət vəkillərinin səsləndirdiyi təkliflər hökumətə çatdırılacaq və bu təkliflər dəyərləndiriləcək./apa

Xəbər lenti