Xəzər Xəbər

“Pul kütləsinin artımı gözlənilir” Baş bankir

Gündəm | 18:15 • 22 Noyabr 2017
“Pul kütləsinin artımı gözlənilir”

"Bu ilin sonunadək Azərbaycanda pul kütləsinin artmasını gözləyirik”.

Bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Baş bankir bildirib ki, inflyasiya başlıca problemdir: "İnflyasiyanın başlıca aparıcı qüvvəsi məzənnə artıq sabitləşdirilib. Mərkəzi Bank inflyasiyanı nəzərə alaraq konservativ monetar siyasət keçirir. İnflyasiya avtomatik vergi deməkdir. Ona görə də hökumətin başlıca qayğısı inflyasiya olmalıdır”.

Xəbər lenti