Xəzər Xəbər

Daha iki rayonda icbari sığorta tətbiq ediləcək

Gündəm | 17:59 • 22 Noyabr 2017
Daha iki rayonda icbari sığorta tətbiq ediləcək

"Növbəti ildə daha 2 rayonda icbari tibbi sığorta layihəsi həyata keçirilə bilər”.

Bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, icbari tibbi sığorta üzrə 2 rayonda pilot layihə həyat keçirilib.

"Bu, öz müsbət nəticələrini verir. Hazırda proqramın ilkin nəticələrinin təhlilinə ehtiyac var. Növbəti ildə daha 2 rayonda belə layihənin həyata keçirilməsi nəzərdə tutur”.

S.Şərifov qeyd edib ki, səhiyyə sahəsində xərclərin artımına ehtiyac var: "Lakin xərclərlə gəlirlər uzlaşmalıdır. Gəlir olmayan yerlərdə xərclərin artımı qısa müddət çəkə bilər. Optimal səviyyədə xərclərimizi tənzimləməliyik. Qeyri-neft sektorundan gəlirlərin hesabına büdcənin gəlirlərini artırmalıyıq”.

Xəbər lenti