Xəzər Xəbər

Büdcədə neftin qiymətinə yenidən baxıla bilər Spiker

Gündəm | 17:05 • 22 Noyabr 2017
Büdcədə neftin qiymətinə yenidən baxıla bilər

"Neftin qiymətinin hazırda 45 dollardan götürülməsində məqsəd riskləri qabaqlamaqdır. Hazırda neftin qiyməti bu göstəricidən yuxarıdır. Belə olacağı təqdirdə, biz gələn il büdcəyə may ayında yenidən baxa bilərik”.

Bunu Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı Milli Məclisin sədri Oqtay Əsədov deyib.

Spiker qeyd edib ki, lazım olacaqsa, gələn ilin may ayında büdcədə dəyişiklik edib, neftin qiymətinə yenidən baxa bilərik.

Xəbər lenti