Xəzər Xəbər

Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 26 iş göndərilib - RƏSMİ

Gündəm | 16:26 • 22 Noyabr 2017
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 26 iş göndərilib -

Doqquz ay ərzində faunanın mühafizəsi üzrə hüquqi və fiziki şəxslər barəsində 80 akt və 72 protokol tərtib olunub. Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 7 müddətli "məcburi göstəriş” verilib.


Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyev məlumat verib.


Bildirilib ki, ümumilikdə, 80 nəfər 65 min 700 manat məbləğində cərimələnib, ətraf mühitə dəymiş ziyana görə 5 fakt üzrə 2010 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 26 iş göndərilib.

Xəbər lenti