Xəzər Xəbər

Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Gündəm | 13:24 • 22 Noyabr 2017
Pakistanın Baş Qərargah rəisi Azərbaycana gəlir

Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən XəzərXəbər-ə verilən məlumata görə, səfər noyabrın 22-də başlayacaq.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər noyabrın 24-dək davam edəcək.

Xəbər lenti