Xəzər Xəbər

Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik”

Gündəm | 12:00 • 22 Noyabr 2017
Dilqəmin xilas etdiyi qadın:

"Dilqəmi Kəlbəcərə biz göndərdik. Dedik ki, gedib kəndimizə, evimizə baş çəksin”.

Bunu azvision.az-a Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlı Dilqəm Əsgərovun yaxın qohumu Zeynəb Əsgərova deyib.

"Mənim 90 yaşım var.Kəlbəcərin Şaplar kəndindənəm. Dilqəm mənim qohumumdur. O, bizə tez-tez gəlirdi. Bir dəfə evdə oturmuşduq. Birdənermənilər evimizə od yağdırdılar. Ağlaşamağa başladıq. Dedilər ki,ermənilər gəlir, qaçın. Həmin vaxt Dilqəm gəldi, məni maşına mindirib, kənddən çıxardı. Ağlaya-ağlaya ondan soruşdum ki, Dilqəm, bəs mal-mülkümüz orada qaldı. Dilqəm cavab verdi ki, əsas sizin sağlamlığınızdır. Sağ olsun, Dilqəm məniermənilərin əlindən xilas etdi”.


90 yaşlı Z.Əsgərova Dilqəmin yolunu gözlədiklərini söyləyib: "Biz Kəlbəcərdən çıxandan sonra Dilqəmi rahat buraxmadıq. Dedik, get evimizə bax, Gör bizim ev-eşiyimiz necədir, gör kəndimiz nə vəziyyətdədir? Dilqəm çox qeyrətli oğlandır. O, Kəlbəcərə, kəndimizə ziyarətə getdi. Orada ermənigavurlarının əlinə düşdü. Gavurlar Dilqəmi bizə qaytarmırlar. 3 ildir onun yolunu gözləyirik. Dilqəmi yuxularımızda görürük”.


Sonda Z. Əsgərova D. Əsgərovun girovluqdan azad edilməsi üçün ölkə rəhbərliyinə müraciət edib: "90 yaşlı Azərbaycan qadını kimi sizdən xahiş edirəm ki, Dilqəmin azadlığa qovuşmasına kömək edin”.

Xəbər lenti