"2018-ci ilin dövlət
büdcəsinin gəlirləri 20,127 mlrd. manat proqnozlaşdırılır ki, bu da
ÜDM-in 29%-i həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə
müqayisədə 3,361 mlrd. manat və ya 20%, 2016-ci ilin faktiki icra
göstəricisi ilə müqayisədə 2,621 mlrd. manat və ya 15% çoxdur”.
XəzərXəbər xəbər verir ki, bunu parlamentdə 2018-ci ilin büdcə müzakirələri zamanı çıxış edən maliyyə naziri Samir Şərifov deyib.
Nazir qeyd edib ki, 2018-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnozun 7,907 mlrd. manatı və ya 39,3%-i Vergilər Nazirliyinin
xətti ilə daxilolmaların, 9,216 mlrd. manatı və ya 45,8%-i Dövlət Neft
Fondundan transferti, 2,43 mlrd. manatı və ya 12,1%-i Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 574 mın. manatı və ya 2,8%-i isə digər gəlirlərin payına düşür.
"Vergilər Nazirliyi
üzrə proqnoz məbləği ÜDM-in 11,4%-i həcmində olmaqla 7,907 mlrd. manat
nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan 262 mln. manat və ya
3,4%, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 891,4 mln.
manat və ya 12,7% çoxdur. Azərbaycanın 2018-ci il dövlət büdcəsində
neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək. Bu,
2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel
çoxdur.
2018-ci ilin büdcə xərclərinin ÜDM-də xüsusi çəkisi
30,1% təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz bəndi
çoxdur. Mütləq ifadədə 2018-ci ilin dövlət büdcəsində xərclər 20,906
mlrd. manat proqnozlaşdırılır. Bu da 2017-ci illə müqayisədə 2,965 mlrd.
manat və ya 16,5%, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3,154
mlrd. manat və ya 17,8% artıqdır. Beləliklə, 2018-ci ildə büdcənin
kəsiri 778,7 mln. manat olacaq”.
S.Şərifov əlavə edib ki,
Azərbaycanın 2018-ci il icmal büdcəsinin gəlirləri 23 223,2 mln. manat
məbləğində proqnozlaşdırılıb: "İlkin layihə sənədinə əsasən, bu, 2017-ci
ilin proqnozundan 246 mln. manat və yaxud 1,1% çoxdur. Gələn il icmal
büdcənin xərcləri isə 26 674,1 mln. manat məbləğində gözlənilir. Bu isə
2017-ci ilin proqnozuna nisbətən 3 895,4 mln. manat və yaxud 12,7%
azdır”.