Xəzər Xəbər

Lavrov “xəbərim yoxdur” dedi, Məmmədyarov isə tələb etdi...

Gündəm | 13:39 • 20 Noyabr 2017
Lavrov “xəbərim yoxdur” dedi, Məmmədyarov isə tələb etdi...

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Metyi Brayzanın ABŞ-ın öz həmsədrini geri çağıracağına və Minsk qrupu formatının dəyişə biləcəyinə dair açıqlamasına münasibət bildirib.

Nazir bu məlumatla xəbərsiz olduğunu açıqlayıb: "Düzünü desəm? ATƏT-in Minsk qrupunun həmsədrlərinin tərkibinin və ya sayının dəyişdirilməsi ilə bağlı xəbəri ilk dəfə sizdən eşidirəm. Bütün hallarda bu istiqamətdə heç bir təklif olmayıb”.

Həmsədrlərin sayına gəldikdə? xarici işlər naziri Elmar Məmmədyarov isə qeyd edib ki, üç həmsədr BMT Təhlükəsizlik Şurasındakı çoxluğu təşkil edirsə, bunu necə artırmaq olar?

"Ağıla Türkiyə gəlir. Türkiyə isə artıq Minsk qrupunun üzvüdür. Biz müzakirələrdə aprel hadisələrini yada saldıq. Vəziyyət qeyri-sabitdir və gərgin olaraq qalır. Dəfələrlə qeyd etmişik ki, siyasi iradə tələb edən addım atmalıyıq. Hansı addımlar atmalı olduğumuzu hamı bilir. Sadəcə hərəkətin sürəti zəifdir. Azərbaycan qətnamələrin icrasını tələb edir. Münaqişənin həlli üçün səylər üçqat artırılmalıdır”-deyə nazir qeyd edib.

Qeyd edək ki, bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, əgər ATƏT-in Minsk qrupunda bir nəfər azalacaqsa, bu, özü-özlüyündə formatın dəyişməsi deməkdir.

Xəbər lenti