Xəzər Xəbər

Sabah qərb rayonlarında yağış yağacaq

Gündəm | 13:30 • 20 Noyabr 2017
Sabah qərb rayonlarında yağış yağacaq

Ölkə ərazisində noyabrın 21-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən XəzərXəbər-ə verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 10-13°, gündüz 16-20° isti, Bakıda gecə 11-13°, gündüz 17-19° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 752 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 45-50 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna əsasən, noyabrın 21-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişli olsa da, noyabrın 22-də hava şəraitinin təzadlı dəyişməsi, xəzri küləyinin güclənməsi fonunda temperaturun aşağı enməsi əksər meteohəssas insanlar üçün əlverişsiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, qərb rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 6-11°, gündüz 15-19° isti, dağlarda gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.

Xəbər lenti

Çox oxunanlar