Xəzər Xəbər

Rusiyanın XİN rəhbəri: “Qarabağ münaqişəsi heç kimə sərf etmir”

Gündəm | 13:24 • 20 Noyabr 2017
Rusiyanın XİN rəhbəri:

"Rusiya və Azərbaycan strateji tərəfdaşdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi 60% artıb"

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirilən mətbuat konfransında deyib.

"Biz beynəlxalq təşkilatlarla gözəl şəkildə əməkdaşlıq edirik. Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Qarabağ münaqişəsi heç kimə sərf etmir. ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə münaqişə tərəflərinin qəbul edəcəyi hərətəfli həll yolunun tapılması haqqında səylərimizi davam etdirəcəyik"

Xəbər lenti

Çox oxunanlar