Xezerxeber.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, qonaqlar Silahlı Qüvvələrin Hərbi Akademiyasında ulu öndər Heydər Əliyevin xatirəsinə yaradılmış guşə ilə tanış olduqdan sonra hərbi təhsil istiqamətində ikitərəfli əməkdaşlıq sahəsində imkanlar müzakirə edilib.
Nümayəndə heyəti Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi, kafedralar, tədris prosesi və elektron kitabxana ilə tanış olub.