Xəzər Xəbər

Bu gün dövlət qulluqçusu olmaq istəyənlər imtahan verir

Gündəm | 09:12 • 18 Noyabr 2017
Bu gün dövlət qulluqçusu olmaq istəyənlər imtahan verir

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər (idarəetmə) vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.

Bu barədə xezerxeber.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Məlumata görə, imtahan kompüter vasitəsilə aparılacaq.

Qeyd edək ki, dövlət qulluğunda inzibati rəhbər (A növü) vəzifələr üzrə müsabiqənin test imtahanına qeydiyyat dünən başa çatıb.

İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası).

Xəbər lenti