Hazırda Abşeron rayonunun Saray qəsəbəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşları üçün yaşayış kompleksinin salınması ilə bağlı uğurlu addımlar atılır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov təşkilatın VII qurultayında çıxışı zamanı deyib. H.Qurbanov bildirib ki, son 5 ildə AMEA-ya məxsus olan, amma etinasızlıq nəticəsində digər təşkilatlar tərəfindən ələ keçirilən çoxlu sayda torpaq sahələri, elmi obyektlər geri alınıb.