Xəzər Xəbər

Binalar niyə istiliklə təmin edilmir? RƏSMİ AÇIQLAMA

Gündəm | 10:55 • 17 Noyabr 2017
Binalar niyə istiliklə təmin edilmir?

Yəqin ki, bu günün sonuna kimi işlər tamamlanacaq və bütün binalar istiliklə təmin ediləcək.

XəzərXəbər xəbər verir ki, bu sözləri Teleqraf.com-a binaların hələ də istiliklə təmin edilməməsi məsələsinə aydınlıq gətirərkən "Azəristiliktəchizat”ın Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib.

Rafiq Əliyev açıqlamasında bildirib ki, binalar hissə-hissə istiliklə təmin edilir:

"Yəqin ki, bu günün sonuna kimi işlər tamamlanacaq və bütün binalar istiliklə təmin ediləcək. Artıq qazanxanaların qaz təchizatı açılır. 550 qazanxana var və onların hamısını birdəfəyə açmaq mümkün deyil. Bəzi hissələr qalıb. Onlar da bu gün başa çatdırılacaq”.

Qeyd edək ki, noyabr ayının 15-dən ölkədə bütün mənzillərin istiliklə təmin ediləcəyi deyilsə də, bir çox sakinlər binalarının istiliklə təmin edilməməsindən şikayətçidir.

Xəbər lenti