Xəzər Xəbər

Azərbaycanda seysmik aktiv zonalar açıqlanıb

Gündəm | 16:20 • 23 Oktyabr 2017
Azərbaycanda seysmik aktiv zonalar açıqlanıb

Bu il ərzində Azərbaycanda seysmik baxımından aktiv olan zonaların adları açıqlanıb. 


Azərbaycan Milli Elmlər Akademiyası  Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, 2017-ci ildə seysmik aktiv ərazilər Şamaxı-İsmayıllı, Talış dağları ərazisi və Xəzər dənizi ərazisi olub. 

 

Q.Yetirmişli qeyd edib ki, bu il yanvarın 1-dən oktyabrın 22-dək Azərbaycan və ona bitişik ərazilərdə 5051 zəlzələ baş verib. Onun sözlərinə görə, ötən müddət ərzində yalnız Azərbaycan ərazisində 3107 təkan qeydə alınıb ki, onlardan da 22-si hiss edilib.

Xəbər lenti