Xəzər Xəbər

Azərbaycan ilə İtaliya müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib

Gündəm | 17:09 • 21 Oktyabr 2017
Azərbaycan ilə İtaliya müdafiə nazirlikləri arasında qərargah danışıqları keçirilib
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi və İtaliya Respublikası Müdafiə Nazirliyi arasında 2017-ci il üçün ikitərəfli əməkdaşlıq planı”na uyğun olaraq Bakı şəhərində Azərbaycan və İtaliya Müdafiə Nazirlikləri arasında Qərargah danışıqları keçirilib.

Xezerxeber.az Müdafiə Nazirliyinə istinadən məlumat verir ki, danışıqlar zamanı ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, hərbi təlim və təhsil üzrə əməkdaşlıq fəaliyyətləri, eləcə də regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti