Xəzər Xəbər

Xəzər dənizinin səviyyəsinin bir qədər düşməsi ekstremal hal deyil - Ramiz Məmmədov

Gündəm | 12:22 • 21 Oktyabr 2017
Xəzər dənizinin səviyyəsinin bir qədər düşməsi ekstremal hal deyil -

Apardığımız kompleks araşdırmalar bir neçə onillikdən sonra Xəzər dənizini nələr gözlədiyini dəqiq proqnozlaşdırmağa imkan verəcək. Belə bir təhlükə var ki, Azərbaycan torpaqlarının bir hissəsi səhralaşmağa məruz qala bilər. Qəribə də olsa bu, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlıdır.


Bu barədə AMEA Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov AZƏRTAC-a məlumat verib.


Alim Xəzər dənizinin Xəzəryanı ölkələr və Azərbaycan üçün əhəmiyyəti, hazırkı vəziyyəti və gələcək taleyi ilə bağlı fikirlərini bölüşüb: "Məlumdur ki, Xəzərin səviyyəsi adətən ildə 30-40 santimetrə qədər qalxıb enir. Buna səbəb dənizə tökülən çayların suyu, dəniz səthindən suyun buxarlanmasıdır. 1837-ci ildən Xəzərin səviyyəsi ilə bağlı müşahidələr aparılır. Məlum olub ki, dəniz səviyyəsinin ciddi dəyişmələri 11 il dövriliklə baş verir. Fikrimizcə, bu, günəşin aktivlik dövrləri ilə bağlıdır. Hesab edirik ki, Xəzər dənizinin səviyyəsinin qalxması tezliklə dayanacaq və kiçik tərəddüdlərlə sabitləşmə dövrü başlanacaq.”

Xəbər lenti