Xəzər Xəbər

Bu qaydanı pozmayın! 50 min manat CƏRİMƏSİ VAR

Gündəm | 13:14 • 20 Oktyabr 2017
Bu qaydanı pozmayın!

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən, qanun pozuntusuna görə, fiziki, hüquqi və vəzifəli şəxslərə inzibati cərimələr tətbiq olunur.

Cərimələr haqqında Metbuat.az-a danışan vəkil Xəyal Bəşirov qeyd edib ki, fiziki şəxslərə 5 min manat, vəzifəli şəxslərə 10 min manat, hüquqi şəxslərə isə 50 min manatdan çox cərimə tətbiq edilə bilməz.

Vəkil Xəyal Bəşirov bəzi cərimələr və onların miqdarı barədə danışıb. Belə ki, onun sözlərinə görə, qanunsuz abortu həyata keçirən həkimlər (vəzifəli şəxslər) 5 min manatdan 7 min manatadək məbləğdə cərimə olunur. Ancaq həmin fəaliyyətlə qanunsuz məşğul olan tibbi müəssisə üçün 10-15 min manat cərimə nəzərdə tutulub.

Digər cərimələr haqqında siyahını təqdim edirik:

Əmək qanunvericiliyinin pozulmasına, yəni işçini müqaviləsiz işə götürmək və yaxud onun digər hüquqlarının pozulmasına görə;fiziki şəxslər üçün 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər üçün isə 20 min manatdan 25 min manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Lisenziya olmadan tibbi fəaliyyət göstərməyə görə;fiziki şəxslər 1000 manatdan 3 min manatadək, vəzifəli şəxslər 5 min manatdan 10 min manatadək, hüquqi şəxslər isə 20 min manatdan 30 min manatadək məbləğdə cərimə olunurlar.

Mənşəyi məlum olmayan, keyfiyyətsiz dərmanlar istehsal etmək, vaxtı keçmiş dərman vasitələrini satmağa görə;vəzifəli şəxslər 1500 manatdan 2 min manatadək, hüquqi şəxslər 5 min manatdan 7 min manatadək cərimə olunur.

Torpaq sahəsindən təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadəyə görə;fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000, hüquqi şəxslər isə 5 min manat məbləğində cərimə olunurlar.

Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağında heç bir tikinti aparıla bilməz, bu qaydanın pozulmasına görə;fiziki şəxslər 4 min manat, vəzifəli şəxslər 8 min, hüquqi şəxslər isə 40 min manat məbləğində cərimə olunurlar. Əgər bir il ərzində qanun pozuntusu təkrar olunarsa, fiziki şəxslər 5 min, vəzifəli şəxslər 10 min, hüquqi şəxslər isə 50 min (ən yüksək) cərimə olunurlar.

Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulmasına görə,fiziki şəxslərə 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2 min manatdan 2500-dək məbləğdə cərimə tətbiq edilir.

Yetkinlik yaşına çatmayan şəxsləri sərxoş vəziyyətə gətirməyə görə;60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Qumarda iştiraka görə; 400 manatdan 600 manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Azərbaycan Respublikası Dövlət dilinin tətbiq olunmasına maneə yaratmaq, dövlət dilinə qarşı təbliğat aparmağa görə; fiziki şəxslər 1000 manatdan 1500 manatadək, vəzifəli şəxslər 2500 manatdan 4000 min manatadək, hüquqi şəxslər isə 12 min manatdan 16 min manatadək məbləğdə cərimə olunurlar.

Ehtiyac olmadığı təqdirdə yalandan təcilli tibbi yardım, polis, yanğınsöndürmə əməkdaşlarını çağırmağa görə,100 manatadək cərimə nəzərdə tutulub.

Xəbər lenti