Xəzər Xəbər

Təzyiqlər həddindən artıq böyükdür Səməd Seyidov

Gündəm | 12:26 • 20 Oktyabr 2017
Təzyiqlər həddindən artıq böyükdür

"Avropa Şurasının sonuncu sessiyası digər sessiyalardan fərqli olaraq bizim üçün elə də asan keçmədi”.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

Komitə sədri bildirib ki, sessiyada Azərbaycan nümayəndə heyəti ölkəmizi layiqincə təmsil edib: "Sessiyanın bir neçə günü Azərbayana həsr olunub. Nəyə görə Azərbaycan məsələsi gündəmə gətirilmişdi, bu, bizə aydın idi. Avropa Şurasının özündə gedən proseslər ona deməyə əsas verir ki, Avropa Şurasının problemlərini həll etmək üçün hansısa ölkələri hədəfə gətirirlər. Təəssüflər olsun ki, Azərbaycana qarşı qəbul olunan qətnamənin müzakirəsi zamanı iclaslara gəlməyən şəxslər də sessiyaya qatılmışdılar. Avropa Şurası Azərbaycan üçün vacib qurumdur, vacib tribunadır. Məhz bu məkandan Azərbaycanı məhrum etmək istəyirlər”.

Xəbər lenti